İranda kütləvi dini tədbirlərin keçirilməsi qadağan edildi
19:23 26 Sentyabr 2020
Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar İranda ənənəvi dini ziyarətlərə və hər il keçirilən İmam Hüseynin ölümü ilə əlaqədar 40 mərasiminə həsr olunan yürüşlər ləğv edilib.
Femida.az-ın məlumatına görə, bunu bu gün İran Prezidenti Həsən Ruhani Dövlət Televiziyasında çıxışında bildirib.
H. Ruhani bu il İraqa dini ziyarətlərin həyata keçirilməyəcəyini, İraqın da bu il zəvvarları qəbul etməyəcəyini bəyan etdiyini söyləyib.
İran Prezidenti qeyd edib ki, ali dini lider Əli Xamenei də dini tədbirlərin evdə keçirilməli olduğu barədə birmənalı göstəriş verib.
Qeyd edək ki, İmam Hüseynin ölümü ilə əlaqədar 40 mərasiminə həsr olunmuş yürüşlər oktyabrın 8-də keçirilməli idi. Keçən il İmam Hüseynin 40-ı ilə bağlı İrandan İraqa rekord sayda - 3,5 milyon zəvvar getdiyi açıqlanmışdı.
Son məlumatlara görə, İranda koronavirusa yoluxanların sayı 439 min 882 nəfərə, ölənlərin sayı 25 min 222 nəfərə çatıb.
Femida.az
Oxunub: 412
Oxşar xəbərlər
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranda yaşayış binasında partlayış olub, ölənlər var
- İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır
- İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
- İranda partlayış baş verib, ölənlər var
- İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub