Ölkəyə tapança keçirmək istədilər
20:05 26 Sentyabr 2020
Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal nəzarət xəttinə daxil olan"MAN" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Femida.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin kabininin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən, 2 ədəd "iPhone 11" markalı mobil telefon, gömrük orqanına bəyan edilməyən, qaz balonu ilə birlikdə üzərində "ПМ49 CAL 177 4,5 mm" yazısı olan 1 ədəd qaz tapançası, 45 ədəd yaddaş diski, üzərlərində "Borner" yazısı olan 7 ədəd qaz balonu, 1 ədəd tapança darağı və üzərində "Borner Premium" yazısı olan plastik qabda 500 ədəd tapança kürəcikləri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 473
Oxşar xəbərlər
- Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
- Ölkəyə ət idxalı azalıb
- Ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alındı
- Ölkəyə qanunsuz telefonların keçirilməsinin qarşısını alındı
- Ölkəyə külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
- Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olundu (FOTO)
- Ölkəyə silah və narkotik keçirmək istəyən şəxslər yaxalanıb - RƏSMİ
- Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret aşkarlandı
- Ölkəyə qanunsuz dərman keçirilməsinin qarşısı alındı
- Ölkəyə gətirilən bu mallar 15 faiz idxal gömrük rüsumundan azad edildi