Dünya liderləri Heydər Əliyev haqqında - SİTATLAR


16:51     12 Dekabr 2015 maxresdefault%20(1).jpg

Azərbaycan tarixində mühüm rol oynayan Heydər Əliyev dünya səviyyəsində tanınan və qəbul edilən siyasətçi idi. Təsadüfi deyil ki, dünya liderləri Heydər Əliyev haqda maraqlı fikirləri ilə yadda qalıb.


Femida.az bu fikirlərdən bəzilərini təqdim edir:

Zbiqnev Bjezinski: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə şəksiz liderdir".

Corc Buş: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur".


Əhməd Necdət Sezər: "Heydər Əliyevi şəxsən tanıdığıma görə şərəf hissi keçirirəm. Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqazın sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaq".

Bənəzir Bhutto: "Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir".

Jak Şirak: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarıb. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”.

Vladimir Putin: "O böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi".

Toni Bleyer: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.

Nikolay Baybakov: Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.

Nursultan Nazarbayev: “Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görüb”.

Eduard Şevardnadze: "Prezident Heydər Əliyev qəhrəmanlığı, müdrikliyi, mətanəti və qarşısına qoyduğu məqsədinə sarsılmaz sədaqəti olmasaydı, Şərq - Qərb enerji dəhlizi gerçəkləşə bilməzdi".

Georgi Prvanov: "Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini qiymətləndiririk".

Abdullah Gül: "Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir".

II İohan Pavel: "Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm".

Timm Eqqar: Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan keçmiş Sovetlər Birliyinin lider dövlətləri ilə müqayisədə həddindən çox nailiyyətlər əldə edibdir. O, həqiqətən yeni Azərbaycan dövlətinin qurucusudur.

İslam Kərimov: "Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu böyükdür".

Gerhard Şröder: "Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır".

Murtaza Rəhimov: Heydər Əlirza oğlu böyük siyasətçi, dahi dövlət rəhbəri və vətənpərvər, gözəl, istedadlı insan kimi məşhur idi. Sovet dövlətinin, sonralar MDB-nin və Azərbaycan Respublikasının tarixinin bir çox parlaq və əhəmiyyətli səhifələri onun adı ilə bağlıdır.

Vladimir Voronov: "Heydər Əliyevi həmişə böyük vətənpərvər, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub-saxlanması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişik"

Kraliça II Elizabet: "Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram".

Rəcəb Tayyib Ərdoğan: "Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur".

Xu Szintao: "Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır".

İmaməli Rəhmanov: "Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaq".

Seyid Məhəmməd Xatəmi: "Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir. Onun keçən il İran İslam Respublikasına çox səmərəli səfəri ölkələrimizin əlaqələrində dönüş nöqtəsi olmuşdur".


Femida.az

Açar sözlər:

Oxunub: 11459