Ermənistanda orta məktəblərdə koronavirus yayılır


20:52     26 Sentyabr 2020 2020/03/koronavirus_1585572132.jpg

Naxçıvan Muxtar Respublikasında “Arıçılıq məhsulları - bal festivalı” keçirilir.

Ermənistanda Mikoyan adına 166 saylı orta məktəbin üç müəlliminin koronavirus testi müsbət olub.

Bu barədə ölkənin Təhsil, Elm, Mədəniyyət İdman Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya İdarəsinin rəis müavini Ofelya Kamavosyan bildirib.

O, qeyd edib ki, koronavirusun aşkarlandığı müəllimlərin dərs keçdikləri siniflər distant tədrisə keçiblər. Buna baxmayaraq məktəbdə tədris davam edir.

Kamavosyanın sözlərinə görə, Ermənistanın digər əyalətlərindəki məktəblərdə də koronavirusa yoluxma halları aşkarlanıb. Bunlardan biri də Tavuş əyalətində, Noyemberyan rayonundakı tam orta məktəbdir.

Nazirlik rəsmisi vurğulayıb ki, buna baxmayaraq məktəblər bağlanmayacaq.

Açar sözlər:

Oxunub: 485