Nazirlik: Azərbaycanda internetin verilməsi məhdudlaşdırılıb


10:28     27 Sentyabr 2020 2020/09/1601187752193_w5MwwAmo_1601188252.jpeg

Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Femida.az -a verilən məlumata görə, nazirlik ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcək.

Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik.

Açar sözlər:

Oxunub: 468