Cəbhədə erməni əsgəri məhv edildi


15:55     12 Dekabr 2015 default%20(1).jpg

Qarabağda cəbhə xəttində daha bir erməni işğalçısı məhv edilib.

Femida.az xəbər verir ki, bu barədə Ermənistanın news.am saytı məlumat yayıb. Məlumata görə, dekabrın 11-də 20 yaşlı Karen Qriqoryan Azərbaycan ordusunun əsgərlərinin açdığı atəş nəticəsində ölüb.

Ermənistan Müdafiə nazirliyi faktı təsdiqləyib və ölən əsgərin ailəsinə başsağlığı verilib.

Xatırladaq ki, həmin tarixdə Ermənistan Müdafiə Nazirliyi atəşkəsin pozulması nəticəsində daha bir əsgərini, 1994-cü il təvəllüdlü Vardan Vardanyanın öldüyünü açıqlamışdı.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1287