İbrahim Kalın: Türkiyə Azərbaycanın yanındadır


11:42     27 Sentyabr 2020 2020/09/7a00d687-a98c-3ffe-a414-79929b9d213a_850_1601192612.jpg

Ermənistanın Azərbaycana hücumlarını kəskin şəkildə qınayırıq. Ermənistan mülki yaşayış yerlərinə hücumlar edərək atəşkəsi pozmuş, sülh və sabitliyə qarşı olduğunu bir daha göstərib.

Femida.az xəbər verir ki, xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatın dərhal dayandırılmasını tələb etməlidir:

“Türkiyə bu hücumlara qarşı Azərbaycanın yanındadır. Hücum nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”.

Açar sözlər:

Oxunub: 329