Rəsmi Ankara: "Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq"
13:00 27 Sentyabr 2020
“Beynəlxalq hüququn açıq şəkildə pozuntusu olan və mülki itkilərə də yol açan erməni hücumlarını şiddətlə pisləyirik. Bu hücumlarla Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük əngəl olduğunu bir daha göstərdi”.
Femida.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb.
“Ermənistan silahlı qüvvələrinin bu səhər atəşkəsi pozaraq cəbhə xəttində Azərbaycan ordusu ilə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Ortaqərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndlərinə ağır silahlarla intensiv şəkildə atəşə tutulduğu barədə məlumat aldıq. Azərbaycan, xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqını əlbəttə istifadə edəcək. Bu prosesdə bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır. Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq”.
“Beynəlxalq ictimaiyyəti də haqlının yanında durmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa və Can Azərbaycana başsağlığı diləyirik”.
Femida.az
Oxunub: 422
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Bakıda Türkiyə vətəndaşı təhdid edilib
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib