Səfərbərlik Xidməti: "Könüllü cəbhəyə getmək üçün çoxsaylı müraciətlər var"
13:32 27 Sentyabr 2020
Sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
SHXÇDX-dən Femida.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən böyük sayda vətəndaşlarımız tərəfindən müraciətlər daxil olmaqdadır. Xatırladaq ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir.
Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.
Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur.
Femida.az
Oxunub: 692
Oxşar xəbərlər
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib
- Rusiyada qismən səfərbərlik elan olunub
- Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb
- Səfərbərlik Xidmətinin rəisinə yeni müavin təyin edilib
- General Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsindən azad olunub
- Zelenski səfərbərliklə bağlı qərar verdi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı
- Səfərbərlikdən tərxis edilənlərin müraciətləri üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
- Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə yaradılan komissiya fəaliyyətə başlayıb
- Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya yaradılıb