Ərdoğandan təcili zəng: "Azərbaycanın yanındayıq"
14:31 27 Sentyabr 2020
Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Prezidenti bu gün Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, onlara Allahdan rəhmət diləyib. Rəcəb Tayyib Ərdoğan həmişə olduğu, kimi bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.
Başsağlığına görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidentinin daimi dəstəyini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev bu gün cəbhə xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində baş verən hadisələrin gedişi barədə məlumat verib.
Dövlət başçıları dost və qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər .
Femida.az
Oxunub: 551
Oxşar xəbərlər
- Ərdoğandan Anım Günü münasibətilə paylaşım
- Ərdoğandan nəvəsinin pişiyi ilə bağlı maraqlı paylaşım - FOTO
- Ərdoğandan Xocalı faciəsinin ildönümü ilə bağlı PAYLAŞIM
- Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: "Nə lazımdırsa, edəcəyik..."
- Ərdoğandan təyyarədə Qarabağ açıqlaması
- Ərdoğandan "erməni soyqırımı" ilə bağlı SƏRT ÇIXIŞ
- Ərdoğandan ABŞ-a sərt sözlər: "Əli qolu bağlı durmayacağıq"
- Ərdoğandan Ərbil paylaşımı
- Ərdoğandan növbəti S-400 açıqlaması: Artıq bağlanıb
- Ərdoğandan İlham Əliyevə MƏKTUB