İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
15:06 27 Sentyabr 2020
"Azərbaycan xalqı öz torpağında yaşamalıdır. Azərbaycan vətəndaşı vətən həsrətindədir. Ermənilər tərəfindən zorla didərgin salınmış insanlar öz ocaqlarına qayıtmaq istəyirlər”.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi Təhlükəsizlik Şurasının iclasında deyib.
Dövlət başçısı deyib ki, Azərbaycan Ordusu əks-hücum keçirir: "Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. PA-ya, Müdafiə Nazirliyinə məlumat verdik ki, əhali məlumatlandırılsın. Onu deyə bilərəm ki, uğurlu əməliyyat nəticəsində düşmənin hərbi qüvvəsinə böyük ziyan vurulub. Və əks-hücum nəticəsində işğal altında olan bir neç yaşayış məntəqəsi işğaldan azad edildi. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm!
Baxın Ağdamın, Füzulini qalıqlarına. Baxın işğal edilmiş məscidlərin dağıdılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib.
Biz tam haqlıyıq, əlimizdən gələni edəcəyik ki, sizi doğma torpaqlarınıza qaytaraq”.
Femida.az
Oxunub: 406
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib