Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım


16:37     27 Sentyabr 2020 mehriban9.jpg


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında cəbhədəki düşmən təxribatı ilə bağlı paylaşım edib.

Femida.az xəbər verir ki, paylaşımda Prezident İlham Əliyevin fikirləri yer alıb.

Paylaşımda deyilir:

“Azərbaycan Ordusu hərbi təxribata cavab olaraq hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib”.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu barədə Təhlükəsizlik Şurasının iclasında məlumat verib.

Ordumuzun uğurlu əks-hücum əməliyyatı münasibətilə Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı deyib:

“Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır!”

Femida.az

Açar sözlər:

Oxunub: 430