“Mən Ermənistana xəbərdarlıq etmişdim” – İlham Əliyev
17:21 27 Sentyabr 2020
“Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar”.
Femida.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
Dövlət başçısı bildirib:
"Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir.
Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.
Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun".
Femida.az
Oxunub: 462
Oxşar xəbərlər
- “Mənnur Tikinti” MMC 20 min manat cərimələnib
- “Mənim administrasiyam Azərbaycanla birgə çalışacaq” - Co Bayden
- “Mən ReAl-dan yox, İlqar Məmmədovun avtoritar partiyasından gedirəm” - Azər Qasımlı
- “Mənzil istismar idarələri bələdiyyələrin nəzdinə keçəcək”
- “Mənə güc verən vətəndaşların dəstəyidir” - İlham Əliyev
- “Məni 70 yaşlı kişiyə ərə vermək istədilər” - İtkin düşən qız tapıldı
- “Məni, Rasimi tutsalar nə qazanacaqsız?” - “Diqlas”ın administratoru
- “Məndə elə şəkillər var ki...” - Deputatdan nazirliyə cavab
- “Mənə 2 dəfə təcavüz edib” - Zərrabın 63 yaşlı kamera yoldaşı
- “Mənim nənəmi azərbaycanlı ölümdən xilas edib...” - NAXÇIVANLA SƏRHƏDDƏ YAŞAYAN ERMƏNİLƏR