Baş Prokurorluq məlumat yaydı
18:57 27 Sentyabr 2020
Xəbər verildiyi kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etmişlər.
Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər.
Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə tərəfimizdən xüsusi beynəlxalq tribunalın yaradılması üçün bir sıra beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasına müraciət ediləcəkdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir.
Femida.az
Oxunub: 407
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib