Avropa İttifaqının ali nümayəndəsi Ceyhun Bayramova zəng edib
20:07 27 Sentyabr 2020
Sentyabrın 27-də qarşı tərəfinin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının xarici və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borelin telefon danışığı olub.
Bu barədə Femida.az-a XİN-dən məlumat verilib.
Telefon danışığı zamanı Aİ rəsmisi Cozef Borel bölgədəki vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib.
Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın bu ilin 27 sentyabr tarixində növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirdiyini qarşı tərəfin diqqətinə çatdırıb. Nazir, Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzə əl atdığını və bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirib. Yaranmış vəziyyətə görə məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Aİ rəsmisi Cozef Borel gərginliyin azaldılmasının, həmçinin atəşkəsə nail olunması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.
Femida.az
Oxunub: 412
Oxşar xəbərlər
- Avropada təbii qazın qiyməti ucuzlaşıb
- Avropada təbii qazın qiyməti yüksəlib
- Avropa İttifaqı Rusiya qazının əvəzedicisini tapıb
- Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib
- Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır
- Avropada qazın qiyməti həftəsonu 5 faiz ucuzlaşıb
- Avropa İttifaqı Şurasının Prezidenti Kiyevdə səfərdədir
- Avropada qazın qiyməti kəskin ucuzlaşıb
- Avropanın 4 ölkəsinin prezidenti Ukraynaya yola düşüb
- Avropa İttifaqı diplomatik missiyasını Kiyevə qaytarır