XİN: "Pakistan qardaş Azərbaycan xalqının yanındadır"


20:27     27 Sentyabr 2020 pakistan6.jpg

Pakistan Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır.


Femida.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutması qınaq hissi doğurur və acınacaqlıdır: "Bu hərəkətlər bütün bölgənin sülh və təhlükəsizliyini təhlükə altına ala bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün döyüş əməliyyatlarına son qoymalıdır.

Pakistan qardaş Azərbaycan xalqını və onun özünümüdafiə hüququnu dəstəkləyir. Biz Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamələrə cavab verən mövqeyini dəstəkləyirik".

Femida.az

Açar sözlər:

Oxunub: 664