Ağdam və Tərtərə FHN-in qüvvələri cəlb edilib
00:03 28 Sentyabr 2020
Ağdam və Tərtər rayonlarında fərdi evlərdə və mülki obyektlərdə baş vermiş yanğınların söndürülməsi üçün FHN-in müvafiq qüvvələri cəlb edilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, düşmənin təxribatı zamanı dinc əhalinin sıx yaşadığı yaşayış məntəqələri də atəşə məruz qalıb. Nəticədə mülki əhaliyə məxsus fərdi yaşayış evləri və digər mülki obyektlər dağıdılıb, dinc əhalinin əmlakına ciddi ziyan yetirilib.
Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarında fərdi evlərdə və mülki obyektlərdə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb edilib.
Yanğınlar görülmüş operativ tədbirlər nəticəsində qısa müddətdə söndürülüb.
Qeyd edək ki, sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Femida.az
Oxunub: 456
Oxşar xəbərlər
- Ağdamda 23 yaşlı gənc itkin düşüb
- Ağdamda mağazadan oğurluq edilib
- Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib
- Ağdamda 35 yaşlı kişi itkin düşüb
- Ağdamda polis əməliyyat keçirib, qardaşlar saxlanılıb
- Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub
- Ağdamda mövqelərimiz 28 dəfə atəşə tutulub
- Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub
- Ağdamda 6 ay əvvəl toyu olan gəlin intihar edib
- Ağdam-Füzuli avtomobil yolunun tikintisinə başlanılıb