Yol qəzalarında 5 nəfər ölüb
09:37 28 Sentyabr 2020
Şənbə günü daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, sentyabrın 26-da törədilən 27 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 597
Oxşar xəbərlər
- Yol polisi sürücülərə çağırış edib
- Yol qəzalarında daha 3 nəfər ölüb
- Yollar nə vaxt açılacaq?
- Yol polisi sürücülərə müraciət edib
- Yol qəzalarında daha 4 nəfər ölüb
- Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- Yol polisi Samuxda reyd keçirib
- Yollar buz bağlayacaq, dumana görə görünüş məsafəsi məhdudlaşacaq
- Yollar buz bağlayacaq, güclü külək əsəcək - PROQNOZ
- Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi