Hikmət Hacıyev: “Məcburi köçkünlərin evlərinə qayıtmaq hüququ var”
10:54 28 Sentyabr 2020
“Azərbaycan 30 ildir Ermənistanın işğalı və təcavüzündən əziyyət çəkir. Mülki əhalimiz Ermənistan silahlı qüvvələrinin hədəfinə çevrilib, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Cəzirə”yə verdiyi müsahibədə deyib.
“Buna görə də Azərbaycan Silahlı Qüvvələri bu əks-tədbirləri və əks-hücumları həyata keçirir, Ermənistanın təxribatlarına cavab verir və danışıqlar prosesi də Ermənistanın destruktiv mövqeyi səbəbindən uğursuzluğa düçar olduğundan Ermənistanı sülhə məcbur edir”, - H.Hacıyev bildirib.
O vurğulayıb ki, bu gün BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən təcili, qeyd-şərtsiz və tam çıxarılmasına dair dörd qətnamə var: “Bununla belə, Ermənistan mülki vətəndaşlarımıza hücum etməyə davam edir. Məcburi köçkünlərin isə öz evlərinə qayıtmaq hüququ var və məhz erməni işğalı səbəbindən onlar bunu edə bilmir”.
Femida.az
Oxunub: 417
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"