Vilayət Eyvazov komendant təyin edildi - SƏRƏNCAM


12:08     28 Sentyabr 2020 2019/07/vilayet_eyvazov_1562763735.jpg

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib.

Femida.az

Açar sözlər: #VilayətEyvazov   #komendant  

Oxunub: 595