Hərbi attaşelər əməliyyat şəraiti barədə məlumatlandırıldı


12:10     28 Sentyabr 2020 2020/09/9ef1b-1601279065_1601280689.jpg

Sentyabrın 28-də Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.

Müdafiə Nazirliyindən Femida.az-a bildirib ki, nümayəndələrə düşmənin itkiləri, azad edilmiş ərazilər və yüksəkliklər, o cümlədən düşmənin təxribatları və dezinformasiya fəaliyyətləri haqqında ətraflı məlumat verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 276