Prezidentin köməkçisi: "Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir"


12:24     28 Sentyabr 2020 2020/09/6a7ac9f4-1300-3314-bf4f-1ac7904a3b13_850_1601281670.jpg

“Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verir, düşmən yerində oturdulur".


Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti regional sülh üçün təhlükədir: "Ermənistan tərəfindən cılız və tamamailə realıqdan uzaq saxta məlumatlar hazırlanır. Bu onu göstərir ki, saxta məlumatlar hazırlayan və yayan Ermənistana heç vaxt xalqı inana bilməz".

Femida.az

Açar sözlər:

Oxunub: 415