BNA cəbhə bölgəsinə 6500 təkər göndərdi
13:32 28 Sentyabr 2020
Bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə “Hər şey vətən üçün” aksiyası davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, aksiya çərçivəsində daha 16 yük avtomobili ilə 6500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.
Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir. Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.
Qeyd edək ki, iyul ayınn düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə “Hər şey vətən üçün” aksiyasına başlayıb. Ötən müddətdə ümumilikdə 60 yük avtomobili ilə 26500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.
Femida.az
Oxunub: 431
Oxşar xəbərlər
- BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib
- BNA üç marşrut avtobusunun iştirakı ilə baş verən qəza barədə məlumat yayıb
- BNA Bakıda qanunsuz parkinqlərlə bağlı bir sıra qurumlara müraciət edib
- BNA Bakıda avtobus sərnişindaşıması ilə məşğul olan bəzi şirkətlərə bir ay vaxt verib
- BNA “Azersky” peykinin təsvirlərindən istifadə edəcək
- BNA Hövsanda piyadaların təhlükəsizlik səviyyəsini artırır
- BNA sədri: “Parkovşik”lərin arxasında himayədarı var”
- BNA hazırda sıxlıq müşahidə edilən küçə və prospektləri açıqlayıb
- BNA hərəkət iştirakçılarına müraciət etdi
- BNA-ya məxsus şirkətin rəhbəri dəyişdirildi