Kreml: “İndi Dağlıq Qarabağda haqlı-haqsız müəyyənləşdirmək vaxtı deyil”


14:57     28 Sentyabr 2020 peskov3.jpg

“İndi Dağlıq Qarabağda gərginlikdə kimin haqlı, kimin günahkar olmasını müəyyənləşdirmək vaxtı deyil”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, indi vacib olan hərbi əməliyyatları dayandırmaqdır.

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və əlbəttə ki, hazır vasitəçi kimi nizamlanmada rol oynamağa hazırdır. İndi ilk növbədə çox vacibdir ki, döyüş fəaliyyətləri dayandırılsın, kimin haqlı, kimin günahkar olmasını müəyyən etmək əsas deyil. Rusiya hər zaman bərabərölçülü mövqe tutub. Məhz Rusiyanın bu mövqeyi və Ermənistan və Azərbaycanla ənənəvi mehriban münasibətləri ona öz təsirindən istifadə etməyə imkan verir”, - deyə Kremlin sözçüsü Dağlıq Qarabağda gərginliyin başlanmasında kimin maraqlı olması ilə bağlı suala cavabında bildirib.

"Moskva Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı Ankara ilə tam təmasdadır. Dünən Xarici İşlər nazirləri xətti ilə Ankara ilə təmaslar olub”, deyə Kremlin sözçüsü Rusiya və Türkiyə prezidentləri arasında Dağlıq Qarabağla bağlı telefon danışığının planlaşdırılması ilə bağlı suala cavabında vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 536