Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng edib
21:10 28 Sentyabr 2020
Bu gün Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya zəng edib.
Ombudsman Aparatının Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Şərəf Malkoç 27 sentyabr tarixindən başlayaraq Ermənistanın təxribat xarakterli hərbi hücumlarının qarşısını alarkən həyatlarını itirən hərbi qulluqçular, eyni zamanda dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin iriçaplı silahlarla atəşə tutulması nəticəsində həlak olan mülki şəxslərlə bağlı dərin hüznlə başsağlığı verib, yaralananlara isə Allahdan şəfa diləyib.
Türkiyənin Baş Ombudsmanı eyni zamanda döyüşlərin getdiyi təmas xəttindəki vəziyyətlə də maraqlanıb. O bildirib ki, bir millət, iki dövlət olaraq Türkiyə daim qardaş Azərbaycan xalqının yanındadır və onun haqq işini hər zaman olduğu kimi dəstəkləyir.
Azəbaycan Ombudsmanı Səbinə Əliyeva diqqətə və dəstəyə görə Şərəf Malkoça təşəkkürünü bildirib. O, iki qardaş ölkə arasında dostluq münasibətlərinə toxunaraq, Azərbaycanın daim Türkiyənin dəstəyini hiss etdiyini qeyd edib.
Oxunub: 514
Oxşar xəbərlər
- Türkiyənin 2 hərbçisi şəhid olub
- "Türkiyənin NATO təlimində iştirak etməməsinin səbəbi Yunanıstandır"
- İraqın şimalında Türkiyənin 2 əsgəri şəhid olub, 3-ü yaralanıb
- Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi Azərbaycana səfərə gəlib
- Hulusi Akar Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulub-qoşulmayacağına aydınlıq gətirib
- Zakir Həsənov Türkiyənin milli müdafiə nazirinin müavini ilə görüşüb
- Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib
- Türkiyənin 3 hərbçisi Suriya ilə sərhəddə həlak olub
- İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib
- Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib