Azərbaycan ermənilərin F-16 yalanını üzə çıxardı


10:17     29 Sentyabr 2020 20_09_29_1601360273.jpg

“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”.

Femida.az xəbər verir ki, bunu Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O, qeyd edib ki, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır. "Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil".

Femida.az

Açar sözlər:

Oxunub: 612