Ermənilər 10 mülki vətəndaşı qətlə yetirib, 30 nəfər yaralanıb - RƏSMİ


12:31     29 Sentyabr 2020 2020/09/ce1fa93b-63c4-3096-af91-9321158f56f5_850_1601368313.jpg

Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Ermənistan ordusunun Azərbaycana qarşı yeni təcavüz aktı ilə əlaqədar birgə bəyanat yayıb.

Femida.az xəbər verir ki, bu barədə XİN-də keçirilən mətbuat konfransında məlumat verilib.

“Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı atəş açıb. Mülki əhali arasında 10 nəfər həlak olub, 30 nəfər yaralanıb”, birgə bəyanatda vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 762