“Qarabağ bizimdir, bizim olacaq” - Təbriz klubu


14:13     29 Sentyabr 2020 2020/09/2019-06-22_163442_1601374537.jpg

Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajları davam edir.

Femida.az saytının məlumatına görə, Türkiyə klublarından sonra İran təmsilçisi “Traktor” da sosial şəbəkə səhifəsi vasitəsilə bununla bağlı paylaşım edib.

Təbriz klubu Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etirazını bildirib. “Traktor” Azərbaycan, türk və fars dilində “Qarabağ İslam və türk torpağıdır. Oyunlar zamanı səsləndirmişik və yenə səsləndirəcəyik: Qarabağ bizimdir, bizim olacaq”, - mesajını yayımlayıb.

Qeyd edək ki, ötən mövsüm İran çempionatında 4-cü yeri tutan “Traktor” ev oyunlarını 80 min azarkeş tutumuna malik “Yadigar İmam” stadionunda keçirir.

Femida.az

Açar sözlər:

Oxunub: 649