Rusiya Dövlət Duması Qarabağla bağlı bəyanat qəbul etdi
14:50 29 Sentyabr 2020
Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı bəyanat qəbul edilib.
Femida.az xəbər verir ki, sənəddə Rusiya parlamentariləri tərəfləri danışıqlara qayıtmağa çağırıb.
Dövlət Dumasının bəyanatında dərhal atəşkəsə ehtiyac olduğu, bölgədə gərginliyin qarşısının alınmasının vacibliyi vurğulanıb, vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığı qeyd olunub.
Rusiyalı deputatlar münaqişə zonasında çoxsaylı insan ölümünə səbəb olan vəziyyətin kəskin gərginləşməsindən ciddi narahatlıq ifadə edərək, tərəfləri danışıqlar prosesinə ən qısa müddətdə qayıtmağa çağırıb, vəziyyəti sabitləşdirmək üçün vasitəçilik göstərməyə hazırdır olduqlarını ifadə ediblər.
Dövlət Dumasının bəyanatı Rusiya Federasiyası Prezidentinə, Rusiya hökumətinə, Azərbaycan və Ermənistan parlamentlərinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, KTMT PA, MDB PA, AŞPA və ATƏT PA-ya göndəriləcək.
Femida.az
Oxunub: 681
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib