Qarabağın azərbaycanlı icmasından beynəlxalq təşkilatlara MÜRACİƏT
15:06 29 Sentyabr 2020
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması təmas xəttində Ermənistan silahlı qüvvələrinin həyata keçirdikləri hərbi-siyasi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Bu barədə Femida.az-a icmadan məlumat verilib.
Bildirilib ki, icma təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərindən dinc əhalinin atəşə tutulduğunu və nəticədə mülki şəxslər arasında tələfat baş verdiyini, evlərin, çox mənzilli yaşayış binaların dağıdılması ilə bağlı faktları beynəlxalq təşkilatların diqqətinə çatdırıb.
“Həmçinin azərbaycanlı dinc əhaliyə məxsus fərdi təsərrüfatların Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində zərər çəkdiyinə diqqət yönəldilib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı indiyə qədər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri əsas götürərək Ermənistanın tərəfindən bu sənədlərin icrasına imkan yaradılmadığını xüsusi ilə qeyd edib.
İcma beynəlxalq təşkilatları təmas xəttində Ermənistan tərəfindən həyata keçirilən hərbi-siyasi cinayətlərə göz yummamağa çağırıb. İcma bəyan edib ki, beynəlxalq təşkilatların haqqı müdafiə etməməsi bu təşkilatların nüfuzuna böyük zərbə vurur”, - qeyd olunub.
Femida.az
Oxunub: 635
Oxşar xəbərlər
- Qarabağın ilk hava limanında işləmək üçün vakansiya
- Qarabağın yenidən qurulmasına 372 milyon manat xərclənib
- Qarabağın turizm potensialı Dubayda nümayiş olunur
- Qarabağın Azərbaycanlı İcması adını dəyişdi
- Qarabağın çaylarında 13 avtomat hidroloji stansiya quraşdırılacaq
- Qarabağın turizm potensialı ilə bağlı konsepsiyalar hazırlanır
- Qarabağın azərbaycanlı icmasından Prezidentə təbrik
- Qarabağın tarixi ilə bağlı sənədli filmlər hazırlanacaq
- Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüşüb
- Qarabağın yeni təyin olunan hərbi prokuroru KİMDİR? - DOSYE