"Oğlum ya Qarabağa bayrağımızı sancıb gələcək, ya da şəhid olacaq" - Vaqif Əsədov


17:31     29 Sentyabr 2020 20_09_29_1601386150.jpg


"Oğlum Qarabağda ya işğal olunmuş torpaqlara bayrağımızı sancıb gələcək, ya da şəhid olacaq".


Bu sözləri Femida.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov deyib. O, bildirib ki, oğlunu bu gün Nəsimi rayon hərbi komissarlığından cəbhəyə yola salıb:

"Oğlum Pərvin Əsədov hərbi xidmətini Ağdam bölgəsində N saylı hərbi hissədə keçib. Hazırda 29 yaşı var və səfərbərlik elan olunduğunu biləndə düşünmədən cəbhəyə yollanmaq istədi. Bu gün özüm şəxsən hərbi komissarlıqdan yola salmışam. İçərisində oğlumun da olduğu təxminən 30-40 nəfərlik heyət yola düşdü. Cəbhənin hansı istiqamətinə getdiklərini bilmirəm. Komissarlığın qarşısı könüllü cəbhəyə getmək istəyənlərlə dolu idi. Arzu edirəm ki, oğlum Qarabağda işğal olunmuş torpaqlarımızda ya bayrağımızı sancıb gələcək, ya da şəhid olacaq".

"Bildiyiniz kimi komendant saatının tətbiq olunması ilə əlaqədar polis orqanları gücləndirilmiş iş rejimində çalışır. Bu gün mən də daxil olmaqla bütün polislər Ali Baş Komandanın əmri ilə cəbhəyə getməyə, ordumuza dəstək olmağa, döyüşməyə hazırıq", - deyə Vaqif Əsədov bildirib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Qarabağ   #VaqifƏsədov  

Oxunub: 1005