“Uorlik düzgün hərəkət eləməyib” - Novruz Məmmədov


19:03     12 Dekabr 2015 f76f91cba1c6543556446663208e2beb.jpg

“ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma “xarici işlər naziri” ilə başqa yerdə də görüşə bilərdi. Ancaq hər dəfə onlara viza verirlər, ABŞ-da marafon təşkil edirlər. Bu da Azərbaycanda ABŞ-a qarşı müəyyən mövqe formalaşdırır”.


Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasırəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O bildirib ki, ABŞ, Qərb nümayəndələri münaqişənin həlli ilə bağlı beynəlxalq hüququ qabartmırlar: “Əlbəttə, Ceyms Uorlik düzgün etməyib. Biz dünyada gedən proseslərin mahiyyətini bilirik və getdiyimiz yol uğurlu yoldur. Ermənistan isə daim uduza-uduza gedir, onun söykəndiyi divarlar da uzun müddət davam gətirməyəcək”.

Açar sözlər:

Oxunub: 934


Oxşar xəbərlər