İrandakı soydaşlarımız Ermənistana gedən hərbi yüklərin qarşısını kəsərək yandırıb


10:56     30 Sentyabr 2020 20_09_30_1601450155.jpg

İran ərazisindən keçərək Ermənistana daşınan hərbi yüklər cənublu soydaşlarımız arasında hiddətə səbəb olub. Virtualaz.org xəbər verir ki, əvvəlcə soydaşlarımız İran ərazisindən Ermənistana TIR-larla daşınan hərbi yükləri çəkərək sosial şəbəkələrdə yerləşdiriblər. Bu kadrlardan hiddətlənən azərbaycanlılar dünən axşam saatlarında İranın Ermənistanla sərhəd-keçid məntəqəsinin qarşısında həmin yüklərin bəzilərinə od vurublar. Soydaşlarımız sərhəd-keçid məntəqəsinin qarşısında yolu qazaraq yüklərin hərəkətinə mane olmağa çalışırlar.


İran üzərindən Ermənistana hərbi yüklərin daşınmasını rəsmi Tehran inkar edir. Hərçənd bu barədə sosial şəbəkələrdə yayılan kadrlar iki ölkə arasında qonşuluq və dostluq münasibətlərinə kölgə salır.



Femida.az

Açar sözlər:

Oxunub: 609