Parlamentin payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib
11:44 30 Sentyabr 2020
Azərbaycan Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.
Femida.az xəbər verir ki, işlər planına əsasən sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.
Bunlar “Daxili Qoşunlar haqqında”, “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Turizm haqqında” və s. qanun layihələridir.
Parlamentin payız sessiyasının qanunvericilik işlər planına dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri də daxildir.
Bundan başqa, sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.
Sənəd səsverməyə çxıarılaraq qəbul edilib.
Femida.az
Oxunub: 1414
Oxşar xəbərlər
- Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib
- Parlamentin komitə iclaslarının vaxtı açıqlanıb
- Parlamentin növbədənkənar sessiyası başa çatıb
- Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- Parlamentin komitəsi onlayn iclas keçirdi
- Parlamentin Hesablayıcı komissiyasının iclası keçirilib
- Parlamentin Hesablayıcı komissiyasına katib seçilib
- Parlamentin komitəsi onlayn iclas keçirəcək
- Parlamentin komitə iclasında yeni qanun layihələri müzakirə ediləcək
- Parlamentin AŞPA-dakı nümayəndə heyəti videokonfrans keçirdi