Bu uşaqların təhsil haqlarını dövlət ödəyəcək
13:18 30 Sentyabr 2020
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Femida.az xəbər verir ki, dəyişikliklə qanunun 14.8-1-ci maddəsinə əlavə edilir.
Qanunun hazırkı varinatına görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Qanuna təklif olunan əlavə ilə isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayacaqlar..
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Femida.az
Oxunub: 472
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir