Gürcüstanın baş naziri bəyanat yayıb


15:03     30 Sentyabr 2020 2020/09/1593792825546541124_1000x669_1601463963.jpg

Gürcüstanın Baş naziri Giorgi Qaxaria Azərbaycan və Ermənistan arasında baş verən hərbi toqquşmalarla bağlı bəyanat yayıb.


Hökumət başçısı hərbi qarşıdurma nəticəsində mürəkkəb vəziyyətin yarandığını bildirib.

G.Qaxaria təəssüflə qeyd edib ki, hərbi əməliyyatların dayandırılması və dialoqun bərpası hələ mümkün olmayıb: "Hamıya yaxşı məlumdur ki, vəziyyətin gərginləşməsi bütün bölgənin təhlükəsizliyinə olduqca mənfi təsir edəcək. Biz bir daha ATƏT-in Minsk qrupunu və beynəlxalq təşkilatları münaqişənin eskalasiyasına son qoymaq və dialoqun bərpası üçün imkanlarından maksimum istifadə etməyə çağırırıq”.

Açar sözlər:

Oxunub: 427