Ermənilər Ağdamda ata və oğlunu qətlə yetirib


14:10     01 Oktyabr 2020 2020/10/945AF641-51CD-4A33-BABF-22AEEC2C3B1A_1601547105.jpeg

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha iki mülki şəxs ölüb.

Femida.az APA-ya istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonun Hacıməmmədli kənd sakinləri – 1966-cı il təvəllüdlü Məmmədov Mürşid Rəşid oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Samir Mürşid oğlu həlak olublar.

Onları götürmək üçün gedən təcilli tibbi yardım maşınları da ermənilər tərəfindən atəşə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 437