Məşhur milyarder siyasətdən uzaqlaşdı


00:31     13 Dekabr 2015 siyasetci1.jpg

Rusiya Federasiya Şurasının keçmiş üzvü, Yaşıllar və Sosial Demokratlar Alyansının həmsədri Qleb Fetisov istefa verdiyini açıqlayıb.


Femida.az xəbər verir ki, siyasi fəaliyyətini dayandırdığını elan edən 49 yaşlı iş adamı qalan ömrünü ailəsinə həsr edəcəyini deyib:

“Sağlamlıq və ailəm üçün daha çox vaxt ayırmaq istəyirəm. Siyasətlə bunu edə bilmirəm”.

Fetisov partiyadan istefa verməyinin haqqında açılmış cinayət işi ilə bağlı olmadığını deyib.

Xatırladaq ki, Fetisov bank aktivlərinin qanunsuz özəlləşdirilməsi və fırıldaqçılıqda ittiham olunur.

Açar sözlər:

Oxunub: 1686