Azərbaycan səfiri Emmanuel Makrona cavab verdi


17:43     01 Oktyabr 2020 2020/10/8c265d38-dc49-3b50-88e8-dcac2ce0c15a_850_1601559853.jpg

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Fransa prezidenti Emmanuel Makrona cavab verib.

Femida.az -ın xəbərinə görə, Fransanın dövlət başçısı Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı “Twitter”də paylaşım edib.

O yazıb: “Hamımız birgə müqavimət göstərəcəyik. Buna əmin olun”.

Azərbaycanın Parisdəki səfiri Rəhman Mustafayev E.Makronun yazdıqlarını paylaşaraq ona cavab verib.

“Təşəkkürlər, cənab Prezident! Azərbaycan və Fransa separatçılıq və təcavüzkar siyasətə qarşı birgə mübarizə aparır və aparacaq”, - səfir vurğulayıb.

Açar sözlər:

Oxunub: 559