Mixeil Saakaşviliyə Kiyevdə hücum olub


20:05     01 Oktyabr 2020 saakasvili8.jpg

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukraynanın paytaxtı Kiyev şəhərində restoranda hücuma məruz qalıb.

Femida.azxəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Məlumatlara əsasən, naməlum kişi M.Saakaşvilinin olduğu restorana gizlicə daxil olub. O, əlində kəsici alətlə siyasətçiyə yaxınlaşıb və onu hədələyib.

M.Saakaşvilinin mühafizəçiləri həmin şəxsi saxlayıb və polis çağırılıb. Lakin polis hadisə yerinə gələnədək o, qaça bilib.

Hücumun motivi araşdırılır.

Açar sözlər:

Oxunub: 527