Ukraynanın hakim partiyası: "Azərbaycana hərbi yardıma hazırıq"
09:13 02 Oktyabr 2020
Rəsmi Kiyev Dağlıq Qarabağda vəziyyətin daha kəskinləşməsi fonunda Azərbaycana hərbi yardım göstərməyə hazırdır.
Femida.az xəbər verir ki, bu barədə "Ukrayna 24" telekanalının efirində Ali Radada "Xalqın xidmətçisi" partiyasını təmsil edən deputat Lyudmila Marçenko bildirib.
"Ukrayna bu gün Azərbaycanı müxtəlif arenalarda dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, humanitar, hər cür dəstəkdir. Bu, hərbi vəziyyətdir", - o deyib.
"Bildiyim qədər, həm hüquqi sahədə, həm də resurs sahəsində yardım edirik, söhbət humanitar yardımdan gedir. Bu gün məhz ehtiyac duyulanların siyahısını tərtib etmək məsələsi nəzərdən keçirilir", - deputat əlavə edib.
Femida.az
Oxunub: 429
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"