Ağdamın kəndləri artilleriya atəşinə tutulur - Ölən və yaralılar var


10:02     02 Oktyabr 2020 2020/10/88462-1601618163_1601618635.jpg

Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Azərbaycan Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, mülki əhali arasında ölən və yaralananlar var.

Qeyd olunub ki, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

"Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək",- deyə nazirlikdən bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 383