Pakistan XİN: "Qarabağda hərbçilərimiz yoxdur"


13:41     02 Oktyabr 2020 20_10_02_1601631714.jpg


“Pakistan ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə birgə Ermənistana qarşı Dağlıq Qarabağda savaşmasına dair KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.

Femida.az xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyi açıqlayıb.

Açıqlamada həmçinin Pakistanın Dağlıq Qarabağda təhlükəsizlik vəziyyətinin pisləşməsindən narahatlığı bildirilib:

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə intensiv atəşə tutması acınacaqlıdır və pislənməlidir. Bu, bütün bölgənin sülh və təhlükəsizliyini poza bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır”, – açıqlamada qeyd olunub.

Həmçinin Pakistan Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədiyi və bunun BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bir neçə qətnaməyə uyğun olduğu vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 588