"Qarabağ": İsrail klubu ilə eyni qrupda yer almaqdan qürur duyuruq


20:26     02 Oktyabr 2020 20_10_02_1601656070.jpg

"Qarabağ" UEFA Avropa Liqasının I qrupunda qarşılaşacaqları İsrailin "Makkabi" klubuna müraciət ünvanlayıb.

Femida.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsində paylaşım edilib.

Paylaşımda "Hər zaman ərazi bütövlüyümüzü dəstəkləyən bir ölkənin komandası ilə eyni qrupda yer almaqdan qürur duyuruq" yazılıb.

Qeyd edək ki, "Qarabağ" "Makkabi" ilə yanaşı, Türkiyənin "Sivaspor" və İspaniyanın "Vilyarreal" klubları ilə eyni qrupda mübarizə aparacaq.

Açar sözlər:

Oxunub: 438