Rusiya və İran XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə ediblər


20:46     02 Oktyabr 2020 20_10_02_1601657255.jpg

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov ilə iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.



Femida.az -ın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət hərtərəfli müzakirə edilib.

“Hər iki tərəf davam edən genişmiqyaslı döyüş əməliyyatlarından, habelə Suriya və Liviyadan olan qanunsuz silahlı qruplaşmaların döyüşlərdə iştirakından ciddi narahatlıqlarını ifadə ediblər. Dərhal atəşkəsə əməl edilməsinə və gərginliyin azaldılmasına, təxribatçı və döyüşə çağıran çağırışlardan qaçılmasına çağırış edilib”, - Rusiya XİN-in məlumatında deyilir.

S.Lavrov Rusiyanın həm milli keyfiyyətdə, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yollarla həllinə dəstək üçün vasitəçilik səyləri göstərməyə davam edəcəyini vurğulayıb.

Nazirlər bölgə ölkələrinin, xüsusən də Azərbaycan və Ermənistanın qonşularının tərəflərin danışıqlar masasına tezliklə qayıtması üçün əlverişli şəraitin yaradılmasında oynaya biləcəyi mühüm rolu qeyd ediblər.

Açar sözlər:

Oxunub: 469