Gürcüstan DTX-nın rəhbəri: “Suriyalı döyüşçülərin Gürcüstan ərazisi ilə Azərbaycana keçməsi barədə məlumatlar yalandır”
13:07 03 Oktyabr 2020
“Suriyadan olan silahlı qrupların Gürcüstan ərazisi ilə Azərbaycana keçməsi xəbərləri yalandır”.
Femida.az xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizli Xİdmətinin (DTX) rəhbəri Qriqol Liluaşvili deyib.
“Suriyadan gələn qeyri-rəsmi silahlı qrupların Türkiyədən Gürcüstan ərazisi ilə Azərbaycana keçməsi barədə sosial mediada yayılan xəbərlər dezinformasiyadır. Həmin mənbələr Azərbaycana gedən avtomobil yollarının bağlanmasına çağırışlar edirdilər. Vurğulamaq istəyirəm ki, yaraqlıların hərəkəti ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur, bunlar yalandır, Gürcüstanda, həmçinin bütün regionda vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıyır”, - deyə Q. Liluaşvili bəyan edib.
Oxunub: 530
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"