Prezidentin köməkçisi: "Azərbaycan Yaponiyadan da ədalətli və qətiyyətli mövqe gözləyir"
15:13 03 Oktyabr 2020
Azərbaycan Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması ilə əlaqədar Yaponiya tərəfindən də ədalətli və qətiyyətli mövqe gözləyir.
Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yaponiyanın “Asahi Tv” telekanalına müsahibəsində bildirib.
Telekanalın yaydığı videosüjetdə sentyabrın 27-dən başlayaraq Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycanla qarşıdurmanın kəskinləşdiyi, Ordumuzun əks-hücumu nəticəsində işğal altındakı bir sıra ərazilərin və strateji yüksəkliklərin azad edildiyi barədə məlumatlar əksini tapıb. Bildirilib ki, Azərbaycan artıq 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad edilməsini və Ermənistan ordusunun bu ərazidən çıxmasını gözləyir.
Videomaterialda Azərbaycan Prezidentinin köməkçisinin sözləri sitat gətirilərək bildirilir: “Azərbaycan Ermənistan ordusunun işğal altında olan torpaqlarımızdan qeyd-şərtsiz, tamamilə və dərhal çıxarılmasını təkidlə tələb edir. Biz gözləyirik ki, Yaponiya da BMT vasitəsilə yeni qətnamələrin qəbuluna təsir göstərəcək”.
H.Hacıyev əmin olduğunu bildirib ki, beynəlxalq hüquqa hörmətlə yanaşan Yaponiya da münaqişənin həllinə tezliklə öz töhfəsini verəcək.
Videosüjetdə həmçinin Azərbaycan Prezidentinin köməkçisinin beynəlxalq ictimaiyyətə münaqişə regionuna erməni muzdlularının gətirilməsi ilə bağlı göstərilən cəhdlərin qarşısını almaq barədə çağırışı da yer alıb.
Oxunub: 503
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"