Baş Prokuror: “Ermənilərin təxribatı nəticəsində 19 mülki vətəndaş həlak olub, 63-ü yaralanıb”


15:35     03 Oktyabr 2020 20_10_03_1601724539.jpg

“Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində sentyabrın 27-dən hazırkı vaxtadək 19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb”.


Femida.az -ın məlumatına görə, bunu Erməni Silahlı Qüvvələrin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, təxribatlar nəticəsində Goranboyda 5, Tərtərdə 8, Ağdamda 4, Füzulidə isə 2 mülki vətəndaş həlak olub.

Ölənlərdən 14 nəfəri kişi, 3-ü qadın və 2 azyaşlıdır.

Yaralıların isə 56-sı kişi, 6-sı qadın, 1-i azyaşlıdır.

Təxribatlar nəticəsində hazırkı vaxtadək 44 obyekt, 181 yaşayış evi yararsız hala düşüb.

K. Əliyev qeyd edib ki, bütün faktlarla bağlı prokurorluqda cinayət işi başlanıb.

Açar sözlər: #prokurorluq   #Başprokuror   #KamranƏliyev  

Oxunub: 514