2 ev tamamilə yandı


14:39     13 Dekabr 2015 ev%20yanib99.jpg

Qax şəhərində ev yanıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Bitişik köməkçi otaq yanğından mühafizə olunub. Yanğın saat 08:59-da söndürülüb.

Bundan başqa Salyan rayonu, Qarabağlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 742