Müdafiə Nazirliyindən ermənilərə növbəti XƏBƏRDARLIQ


08:28     04 Oktyabr 2020 trend_defense_ministry_mudafie_nazirliyi5.jpg


Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.


Bu barədə Femida.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir.

Düşməni növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək", - deyə xəbərdarlıqda bildirilir.

Femida.az

Açar sözlər: #MÜDAFİƏ   #xəbərdarlıq   #Qarabağ  

Oxunub: 515